Operativ Məlumat Mərkəzi

Almaniyanın SWMH media şirkəti haker hücumuna məruz qalıb

2 dəq
Paylaş:
Almaniyanın SWMH media şirkəti haker hücumuna məruz qalıb

Almaniyanın ən böyük qəzetlərindən biri olan “Süddeutsche ”u nəşr edən “Südwestdeutsche Medienholding” (SWMH) media haker hücumuna qalıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir.

“Südwestdeutsche Zeitung” informasiya təhlükəsizliyi ilə bağlı kritik insidentlə üzləşib. Üçüncü şəxslər SWMH şəbəkəsinə qısa zamanda daxil ola biliblər. SWMH bu girişi bloklayıb”, - media holdinqdən bildirilib.

Hakerlər şirkətin mərkəzi şəbəkəsinə hücum ediblər, lakin insident onlayn platformaların fəaliyyətinə və qəzetlərin nəşrinə təsir etməyib. Bütün nəşrlər həmişəki kimi nəşr olunmağa davam edir.

SWMH-dən vurğulanıb ki, hüquq-mühafizə orqanları ilə çərçivəsində hakerlərin şəxsiyyətinin və məqsədlərinin müəyyən edilməsi istiqamətində iş aparılır. Şirkət həmçinin gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlərini gücləndirmək niyyətindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax