Operativ Məlumat Mərkəzi

Allahşükür Paşazadə Cahit Bağçı ilə görüşüb

2 dəq
Paylaş:
Allahşükür Paşazadə Cahit Bağçı ilə görüşüb

İyunun 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı Cahit Bağçı ilə görüşüb.

QMİ-nin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, dini- müstəvidə də münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Türkiyənin ölkəmizdəki səfiri şeyxülislamı qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Şeyxülislam A.Paşazadə öz növbəsində səfiri və bütün xalqını Eydül-Əzha münasibətilə təbrik edib, bu şərafətli bayramın qardaş xalqlarımız, Türk dünyası, bütün dünya müsəlmanları üçün xeyirlərə vəsilə olması üçün dualar edib.

Söhbət zamanı QMİ sədri A. Paşazadə Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə ötən ay İstanbulda Dünya İslam alimlərinin yeni təsis olunan Məşvərət toplantısında iştirakını, Dolmabağça sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarını qəbul mərasimində qardaş dövlətin başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə dini-mənəvi müstəvidə qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb, perspektivlər müzakirə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax