Operativ Məlumat Mərkəzi

Allahşükür Paşazadə Bəhreyndə dini konfransda iştirak edəcək

2 dəq
Paylaş:
Allahşükür Paşazadə Bəhreyndə dini konfransda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bəhreyndə dini konfransda iştirak edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İdarədən məlumat verilib.

Bildirilib ki, QMİ sədri A.Paşazadə Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə fevralın 19 və 20-də Manama şəhərində "Bir ümmət, bir tale" şüarı altında keçiriləcək İslam-İslam Konfransında iştirak edəcəkdir.

Əl-Əzhərin Böyük İmamı, Ağsaqqallar Şurasının sədri, Əl- Şeyxi Əhməd Əl-Tayyibin İslam-İslam (İslamdaxili) dialoqu təşəbbüsü əsasında Əl-Əzhər Əl-Şərif, İslam Məsələləri üzrə Ali Şura (Bəhreyn) və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq konfransda dünyanın tanınmış üləmaları, mərceyi-təqlidləri, mütəfəkkirləri və İslam dininin görkəmli xadimləri iştirak edəcəklər. Müsəlman dünyası və bütövlükdə bəşəriyyətin gələcəyi naminə təmin qarşılıqlı anlaşma mühitində dialoq məramı ilə keçirilən konfransda Şeyxülislam A. Paşazadə məruzə ilə çıxış edəcəkdir. Səfər çərçivəsində QMİ sədrinin Bəhreyn Krallığının rəsmiləri ilə görüşləri və digər ikitərəfli ünsiyyətləri nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax