Operativ Məlumat Mərkəzi

Ali Məhkəmədə Tacikistanın nümayəndə heyəti ilə görüş keçirilib

2 dəq
Paylaş:
Ali Məhkəmədə Tacikistanın nümayəndə heyəti ilə görüş keçirilib

Avqustun 22-də Ali Məhkəməsi sədrinin 1-ci müavini Amirxon İşoqinin rəhbərlik etdiyi Azərbaycanın Ali Məhkəməsində olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov qonaqları salamlamaqdan məmnunluğunu ifadə edib. Görüşdə qonaqlara İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin fəaliyyəti, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın Ali Məhkəməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır, rəqəmsallaşma və süni intellektin məhkəmə sisteminə inteqrasiyası istiqamətində fəal işlər aparır.

Nümayəndə heyətinin rəhbəri Amirxon İşoqi isə öz növbəsində yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Bildirilib ki, və Tacikistan arasında digər istiqamətlərdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də uğurla inkişaf edir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax