Operativ Məlumat Mərkəzi

"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib

3 dəq
Paylaş:
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib

Rusiyanın "AlfaSığorta" " Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Katau şəhəri yaxınlığında qəzaya uğramış “Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "İnterfaks"a "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya məlumat verib.

"Həm təyyarə, həm də daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti "AlfaSığorta"da sığortalanmışdı. Riskin əsas hissəsi "Rusiya Milli Təkrarsığorta Şirkəti"nə təkrar sığortaya yönəldilmişdi. Tam sığorta fevralda həyata keçirilib", - o qeyd edib.

Bununla belə, baş direktorun müavini kompensasiyanın məbləğini açıqlamayıb.

İ.Kabaçnik sığortaçının aviasiya hadisəsinin rəsmi araşdırılmasının başa çatmasını gözləməməsini səbəbini də izah edib.

"Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün kifayət qədər var. Sığortaçı kimi bizim üçün təyyarənin məhv olması faktı vacibdir. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda kompensasiya alır", - o qeyd edib.

Aviadaşıyıcının üçüncü şəxslər qarşısında məsuliyyət sığortası haqqında müqaviləyə gəlincə, İ.Kabaçnik deyib: "Yerdə dəymiş zərərlə bağlı hər hansı iddia barədə məlumatımız yoxdur və biz bunları gözləmirik. Əgər belə iddialar yaranarsa, aviaşirkətlə birlikdə onlarla müəyyən olunmuş qaydada işləyəcəyik".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax