Əsas məzmuna keç

Albaniya Prezidenti: "Heydər Əliyevin Azərbaycan üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq"

Albaniya Prezidenti: "Heydər Əliyevin Azərbaycan üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq"

bu fikirləri Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib. “Bu ilin yanvarında təcrübələrin,...

May ayında Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji üzrə birgə işçi qrupunun iclası keçirildi. Bu işçi qrupu həyati kəsb edən digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Həmin qrupun əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair razılıq konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümüdür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Albaniya Prezidenti Bayram Beqay İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.

“Bu ilin yanvarında təcrübələrin, ölkələrimizin və planetin gələcəyinə dair qabaqcıl baxışların mübadiləsi baxımından digər mühüm təşəbbüs olan Qlobal Bakı Forumunda iştirak etmək imkanım oldu. Heydər Əliyevin 100 illiyində Azərbaycanın inkişafı və gücləndirilməsinə dair müstəsna baxışı ölkənizə səfər edən hər kəs tərəfindən hiss olunur. Onun üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq və ölkənizin gələcək inkişafına xidmət edəcək”, - deyə Albaniya Prezidenti vurğulayıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…