Operativ Məlumat Mərkəzi

Ailəsinə və xalqına təşəkkür etdi – İlin ən yaxşısı

2 dəq
Paylaş:
Ailəsinə və xalqına təşəkkür etdi – İlin ən yaxşısı

2022-ci ilin ən yaxşı kişi futbolçusuna təqdim olunan “The Best” mükafatını qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, FİFA tərəfindən mükafata görüldükdən sonra millidəki komanda yoldaşlarına, ailəsinə və xalqına təşəkkür edib:

“Bu, bütün komandanın əldə etdiklərimizə görə xidmətlərinin tanınmasıdır. Ötən il müddətdir can atdığım arzumu həyata keçirə bildim. Bunu hər bir futbolçu arzulayır, lakin çox az adam arzusunu reallaşdıra bilər.

Mən ailəmə və Argentina xalqına həyatımız boyu xatırlayacağımız bu xüsusi ayda bizə dəstək olduqları üçün təşəkkür etmək istəyirəm”.

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi Kilian Mbappe və Kərim Benzemanı qabaqlayıb.

Messi Argentina millisinin heyətində DÇ-2022-nin qalibi olub. O, həm də turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax