Operativ Məlumat Mərkəzi

Aİ Misirə 1 milyard avro ayırıb

2 dəq
Paylaş:
Aİ Misirə 1 milyard avro ayırıb
bunu Qahirədə Misir-Aİ investisiya forumunun açılış mərasimində Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen deyib. O xatırladıb ki, bu ilin...

Avropa İttifaqı (Aİ) ölkəsində iqtisadi islahatları dəstəkləmək üçün Misirə 1 milyard ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Qahirədə Misir-Aİ investisiya forumunun açılış mərasimində Avropa Komissiyasının sədri Ursula Fon der deyib.

O xatırladıb ki, bu ilin martında Brüssel və Qahirə 7,4 milyard avroluq yardım sazişi imzalayıb.

Fon der Lyayen əlavə edib ki, forum iştirakçıları ümumi dəyəri 40 milyard avro olan 20-dən çox anlaşma memorandumu imzalamağı gözləyirlər.

Onun sözlərinə görə, sazişlər bir çox sahələrə, xüsusilə yaşıl hidrogen istehsalı, aviasiya və avtomobil istehsalı və kimya sənayesinə təsir edəcək.

Misir prezidenti Əl Sisi ölkəsinin hazırda və regional səviyyədə bir-birinin ardınca böhranla üzləşdiyini və bunun mənfi nəticələrinin bütün dünya tərəfindən hiss olunduğunu bildirib. O qeyd edib ki, Misir və avropalı tərəfdaşlar arasında dəstək bu kontekstdə xüsusilə vacibdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax