Operativ Məlumat Mərkəzi

Ağsuda yük avtomobilinin aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

2 dəq
Paylaş:
Ağsuda yük avtomobilinin aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun kəndi ərazisindən keçən hissəsində olub.

DİN-in xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, “Forland” markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Anar Bəxtiyar oğlunun idarəetməni itirməsi nəticəsində vasitəsi aşıb.

Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağsuda yük avtomobili aşıb, ölən var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

112 qaynar xəttinə Ağsu rayonunun Kalva kəndində yük avtomobilinin aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax