Əsas məzmuna keç

Ağstafada 5 üzvü ölən ailənin evi yanıb, araşdırma aparılır

Ağstafada 5 üzvü ölən ailənin evi yanıb, araşdırma aparılır

Ağstafada yanğın hadisəsi baş verib.“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə...

ru

Ağstafada yanğın hadisəsi baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, hadisə rayonun Qırılı kəndində İsmayılova məxsus evdə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı ölüb. Ötən il iyulun 8-də isə ailənin gəlini İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı rayon İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…