Əsas məzmuna keç

Nazirlik: "Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Gürcüstandadır, bu gün Vətənə qayıdırlar" - YENİLƏNİB

Nazirlik: "Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Gürcüstandadır, bu gün Vətənə qayıdırlar" - YENİLƏNİB

bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi də...

Ağırlıqqaldırma üzrə millisi hazırda Gürcüstandadır, bu gün Vətənə qayıdacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Gənclər və İdman Nazirliyinin xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.

"Azərbaycan avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub", - o, əlavə edib.

sözüçü bildirib ki, komandanı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.

14:39***

“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq Ermənistanı tərk edib”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi də keçib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…