Operativ Məlumat Mərkəzi

Ağdaşda narkotiklərin dövriyyəsində və oğurluqda şübhəli bilinənlər saxlanılıb

2 dəq
Paylaş:
Ağdaşda narkotiklərin dövriyyəsində və oğurluqda şübhəli bilinənlər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə olmaqda şübhəli bilinən 67 yaşlı Zülfi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, onun yaşadığı Ağcaqovaq kəndində , ümumi çəkisi 26 kiloqram olan 137 ədəd çətənə kolu edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri fevral ayında əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Z.Atakişiyev çətənə kollarının kənardan görsənməməsi üçün həmin ərazinin kənarında əvvəlcə qamış becərib.

Məhkəmənin qərarı ilə Z.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 11 nəfər saxlanılıb. Onlardan marixuana və çətənə kolları aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax