Operativ Məlumat Mərkəzi

Ağdamın Tağıbəyli kəndinə ilkin mərhələdə 108 ailənin köçürülməsi planlaşdırılır

2 dəq
Paylaş:
Ağdamın Tağıbəyli kəndinə ilkin mərhələdə 108 ailənin köçürülməsi planlaşdırılır

Ağdam rayonunun Tağıbəyli kəndinə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur, bunun üçün 885 fərdi ev inşa ediləcək, ilkin mərhələdə də 108 ailənin köçürülməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

Bildirilib ki, ərazi 255,31 hektardır, bu da Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq.

Bundan başqa, kənddə 264 şagird məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət obyekti, sənətkarlıq emalatxanası, kənd , Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax