Operativ Məlumat Mərkəzi

Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yüklərinin yerləşdiyi məntəqəyə səfər başlayıb

1 dəq
Paylaş:
Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yüklərinin yerləşdiyi məntəqəyə səfər başlayıb

Avqustun 31-də Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərinin Ağdama tanışlıq səfəri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfərə 50-dən artıq ölkə və təşkilatdan 60-a yaxın şəxs, o cümlədən , Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, , İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər iştirak edirlər.

Diplomatlar Ağdam-Xankəndi yolunda Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax