Operativ Məlumat Mərkəzi

Ağadadaş Ağayev rəhmətə gedib?

2 dəq
Paylaş:
Ağadadaş Ağayev rəhmətə gedib?

Səhhətimin pisləşməsi və ölkədən getməyimlə bağlı xəbərlər əsassızdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Globalinfo.az-a xalq artisti Ağayev son günlər haqqında yayılan haqda danışarkən deyib.

O, barəsində yalan məlumatlar yayıldığını bildirib:

“Deyirlər ki, guya Ağadadaş Ağayev ağır xəstədir və ya rəhmətə gedib. Tamamilə sağlamam və həyatdayam. Düzdür, bir müddət əvvəl səhhətimdə problem var idi, amma sonra müalicə alıb, sağaldım və əvvəlki qaydada sağlam həyatımı yaşayıram”.

A.Ağayev ölkədən çıxması xəbərinə belə reaksiya verib:

“Məlum məsələ ilə bağlı istintaq aparılır. Belə bir məqamda, araşdırma dövründə ölkəni necə tərk edə bilərəm?! , övladlarımın, ailəmin, məni sevənlərin yanındayam. 3 gün öncə autizmli üçün restoranımda tədbir təşkil etmişdim. Allahın izni ilə 8 noyabr Zəfər Günü münasibəti ilə də şəhid ailələri və fiziki məhdudiyyətli uşaqlar üçün tədbir planlamışıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Yerli şou-biznes

Hamısına bax