Operativ Məlumat Mərkəzi

Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişib

2 dəq
Paylaş:
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişib

Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Məcəlləyə edilmiş dəyişikliyə əsasən ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə icra hakimiyyəti orqanının etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax