Operativ Məlumat Mərkəzi

Vəzifəli şəxsi barədə cinayət işi başlanılıb - 6 min manat mənimsəyib

2 dəq
Paylaş:
Vəzifəli şəxsi barədə cinayət işi başlanılıb - 6 min manat mənimsəyib

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat verilib.

Bildirilib ki, yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş tədbiri nəticəsində başlanıb.

Qeyd olunub ki, istintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax