Operativ Məlumat Mərkəzi

ABŞ səfiri məcburi köçkünlər üçün məktəblərin 90 şagirdinə sertifikatlar təqdim edib

2 dəq
Paylaş:
ABŞ səfiri məcburi köçkünlər üçün məktəblərin 90 şagirdinə sertifikatlar təqdim edib

ABŞ-nin Azərbaycandakı Mark Libbi Zəngilan və Ağdam rayonlarından olan köçkünlərin oxuduğu məktəblərin 90 şagirdini səfirliyin təşkil etdiyi birillik proqramını bitirmələri münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“İngilis dilini öyrənmək istəyiniz yeni imkanlara, fərqli mədəniyyətləri dərk etməyə və sərhədlər arasında körpülər qurmağa qapılar açır. ABŞ səfirliyi bu ingilis dili proqramı kimi təşəbbüsləri dəstəkləməklə bağlı qürur duyur. Bu proqram dili öyrənməklə yanaşı, Amerika mədəniyyəti və ənənələri haqqında fikir əldə etməyə imkan verib. Mən dilini, mədəniyyəti və dəyərlərini öyrəndiyim kimi, sizin Amerika mədəniyyətini öyrənməyiniz də dil biliklərinizi və digər ölkələrin mədəniyyətlərini başa düşməyinizi yaxşılaşdırıb. Bu biliklər ingilis dili bilikləri ilə birləşərək, şübhəsiz ki, yeni imkanlar üçün qapılar açacaq”, - ABŞ səfiri məzunlara bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax