Operativ Məlumat Mərkəzi

ABŞ-nin sanksiyaları Pekini cavab addımları atmağa məcbur edir - Çin XİN

2 dəq
Paylaş:
ABŞ-nin sanksiyaları Pekini cavab addımları atmağa məcbur edir - Çin XİN

Xarici İşlər Nazirliyi -nin birtərəfli siyasətini kəskin tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, nazirliyin sözçüsü Lin bildirib ki, Vaşinqtonun ardıcıl məhdudiyyət və rüsum qərarları Çinin milli maraqlarına ciddi zərbə vurur və Pekin buna biganə qalmayacaq.

“ABŞ son vaxtlar Çinə qarşı davamlı olaraq sanksiyalar edir. Əgər bu siyasət davam edərsə, biz öz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qətiyyətlə cavab tədbirləri görəcəyik”, – deyə Lin Jian brifinqdə vurğulayıb.

Sözçü həmçinin bildirib ki, ABŞ “öz səhvlərini dərhal düzəltməli”, iki ölkə liderləri arasında əldə olunmuş razılaşmalara uyğun şəkildə bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında münasibətləri bərpa etməlidir.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara tətbiq edilən rüsumların noyabrın 1-dən 100 faizədək artırılacağını və proqram təminatına ixrac nəzarəti gətiriləcəyini açıqlayıb.

Çin gömrük statistikasına əsasən, bu ilin ilk doqquz ayında Çin-ABŞ ticarət dövriyyəsi 15,6% azalaraq 425,8 milyard dollara düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax