Operativ Məlumat Mərkəzi

ABŞ Livanı tərk etmək istəyən vətəndaşlarını biletlə təmin edəcək

2 dəq
Paylaş:
ABŞ Livanı tərk etmək istəyən vətəndaşlarını biletlə təmin edəcək

ABŞ-nin Beyrutdakı səfirliyi amerikalıları uçuşla tərk etməyə, qalmağa verənləri isə fövqəladə vəziyyət üçün planı hazırlamağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Livandakı diplomatik missiyasının yaydığı bildirişdə qeyd olunub.

Səfirliyin bildirişində bir çox aviaşirkətin Beyruta uçuşları dayandırdığı və ya ləğv etdiyi, həmçinin bir çox reyslər üçün biletlərin tükəndiyi diqqətə çatdırılıb.

Bununla belə, səfirlik vətəndaşları “reys dərhal yola düşməsə və ya seçdikləri marşrutla getməsə belə, istənilən bileti bron etməyə” çağırıb. Vurğulanıb ki, bilet almaq üçün pulu olmayanlar maliyyə yardımı üçün səfirliyə müraciət edə bilərlər.

Livanda qalmağa qərar verənlərə isə “fövqəladə vəziyyət üçün fəaliyyət plana” malik olmaq və “uzun müddət olduğu yerdə sığınmağa hazır olmaq” tövsiyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax