Operativ Məlumat Mərkəzi

ABŞ Dövlət Departamenti İstanbulda keçirilən Rusiya-ABŞ görüşü ilə bağlı açıqlama verib

2 dəq
Paylaş:
ABŞ Dövlət Departamenti İstanbulda keçirilən Rusiya-ABŞ görüşü ilə bağlı açıqlama verib

Departamenti İstanbulda keçirilən Rusiya-ABŞ görüşü ilə bağlı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü yazılı açıqlama verib.

Açıqlamada, ABŞ Marko Rubio və Rusiya naziri Sergey Lavrovun qarşılıqlı diplomatik missiyaların fəaliyyətinə təsir edən məsələlərlə bağlı danışıqlara başlamaq üçün əldə etdikləri razılaşma çərçivəsində fevralın 27-də iki ölkənin nümayəndə heyətlərinin İstanbulda görüşdüyü bildirilib.

Bildirilib ki, ABŞ nümayəndə heyətinə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə müavini Sonata Kulter, Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru, səfir Aleksandr rəhbərlik edib.

Bəyanatda qeyd edilib ki, görüş zamanı ABŞ müqavilə çərçivəsində həyata keçirilən bank xidmətləri, xidmətlərə çıxış imkanları və Moskva səfirliyində daimi və davamlı kadr səviyyəsinə ehtiyacla bağlı narahatlıqlarını bildirib.

Dövlət katibinin müavini Kulter və səfir Darçiyev eyni məsələlərin həlli üçün müəyyən ediləcək tarix və məkanda nümayəndə heyətinin nümayəndələri ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax