Operativ Məlumat Mərkəzi

AAYDA: Eyni vaxtda və eyni ərazidə baş verən qəzalar yol təsərrüfatına ziyan vurub

1 dəq
Paylaş:
AAYDA: Eyni vaxtda və eyni ərazidə baş verən qəzalar yol təsərrüfatına ziyan vurub

Bu gün gecə saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun 32-ci km-də yol təsərrüfatına ziyanla yol- hadisələri baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, eyni vaxtda hər iki istiqamətdə hərəkətdə olan yük maşınları eyni ərazidə idarəetmədən çıxaraq yol ayrıcına çırpılıblar. Nəticədə yol ayrıcında olan dəmir tirlər və bir işıq dirəyi sıradan çıxıb.

Dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax