Operativ Məlumat Mərkəzi

72 məhkəmədə 286 vakant yer üçün müsahibə elan edilib

2 dəq
Paylaş:
72 məhkəmədə 286 vakant yer üçün müsahibə elan edilib

Apellyasiya, ağır , hərbi, inzibati, kommersiya və rayon (şəhər) məhkəmələrində, ümumilikdə 72 məhkəmədə 286 vakant inzibati vəzifənin (məsləhətçi, hakimin köməkçisi, iclasının ) tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi elan edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, müsabiqənin müsahibə mərhələsində aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdirlər:

- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

- Dövlət orqanlarında (qurumlarında) siyahısı Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər avqustun 12-si saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax