Operativ Məlumat Mərkəzi

100-dən çox jurnalist Qəzza zolağına giriş üçün petisiya imzalayıb

1 dəq
Paylaş:
100-dən çox jurnalist Qəzza zolağına giriş üçün petisiya imzalayıb

Aparıcı qlobal orqanlarından 100-dən çox zolağına heç bir ilkin şərt olmadan icazəsinin verilməsi tələbini əks etdirən petisiya imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Müraciətdə bildirilir ki, Fələstin anklavına “xarici jurnalistlərin məhdudiyyətsiz və müstəqil girişi” yalnız müharibə cinayətlərini sənədləşdirmək məqsədilə deyil, həm də münaqişə tərəflərinin həqiqəti təhrif etməməsini təmin etmək üçün zəruridir.

Petisiyanın altında "Sky News" və CNN-in bir sıra müxbirləri ilə yanaşı tanınmış müharibə fotoqrafları imza atıb. Bəyanatda həmçinin vurğulanır ki, İsrail rəhbərliyi və HƏMAS jurnalistlərin bu tələblərinə məhəl qoymasa, media “hər hansı qanuni vasitələrdən” istifadə edərək icazəsiz şəkildə Qəzzaya daxil olmağa çalışacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax