Operativ Məlumat Mərkəzi

“ Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil”

2 dəq
Paylaş:
“ Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil”

“Ermənistanın ilə görüşlərdən birində ona dedim ki, tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız vasitəsilə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz”.

“Operativ Məlumat Mərkəzi”nin məlumatına görə, bunu İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı yerli media nümayəndələrinə müsahibəsində deyib.

“Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir. Ermənistan isə illərlə özünü bu imkanlardan məhrum edib.

Bu nəqliyyat marşrutu – “ Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) başqa bir tarixi nailiyyət olacaq. Amma dediyim kimi, vaxt itirməməliyik. Ən qısa zamanda işə başlamalıyıq. Bu obyektə ABŞ rəhbərlik edəcək və ümidvaram ki, bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq”, - deyə ölkə başçısı qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax