Ziya Əliyev: "Sığortanın satış kanallarının genişləndirilməsi üçün işlər aparılır"

Ziya Əliyev: "Sığortanın satış kanallarının genişləndirilməsi üçün işlər aparılır"
22.05.2024 13:04
Aa
dəq

Azərbaycanda sığortanın satış kanallarının genişləndirilməsi üçün mühüm işlər aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Ziya Əliyev Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

"Sığorta agentlərinin yeni nəslinin yetişdirilməsi AMB-nin diqqətindədir. "Bank-insurance" kanalının genişlənməsi üçün banklarla və sığortaçılarla birlikdə çalışırıq. Bu yaxınlarda bank müştərilərinin həyat sığortasının genişləndirilməsi üçün yeni tənzimləmələr gətirəcəyik. Ən vacib layihələrimizdən biri ölkənin katastrofik risklərinin təminat altına alınması üçün sığorta sektorunun rolunun gücləndirilməsidir. Zəlzələ, sel, daşqın kimi təbii hadisələr ölkə üçün xarakterikdir. Dağıdıcı təbii hadisələr nadir hallarda baş versə də, onun gətirdiyi iqtisadi fəlakətlər, zərərlər böyük olur", - deyə o qeyd edib.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu