Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qəzzalılar Dünya Çempionatının finalında İspaniyanın qələbəsini qeyd ediblər

2 dəq
Paylaş:
Qəzzalılar Dünya Çempionatının finalında İspaniyanın qələbəsini qeyd ediblər

Qəzzada fələstinlilər 2026-cı il Dünya Çempionatının finalında İspaniyanın qələbəsini sevinclə qarşılayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, elektrik və internet kəsintiləri səbəbindən bir çox sakin final qarşılaşmasını kafelərdə, küçələrdə və açıq ərazilərdə quraşdırılan böyük ekranlar vasitəsilə izləyib.

Məlumata görə, İspaniyanın Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olması bölgədə alqışlarla qarşılanıb. Yerli sakinlər İspaniyaya dəstəyin əsas səbəblərindən biri kimi bu ölkənin xalqına göstərdiyi münasibəti və həmrəylik mesajlarını göstəriblər.

Qeyd olunub ki, bəzi millisinin futbolçusu Lamine Yamalın Fələstinə verdiyi dəstəyin də komandanı dəstəkləmələrinə təsir etdiyini bildiriblər. Onların sözlərinə görə, ağır yaşam şəraiti fonunda final matçı sakinlər üçün qısa müddətli mənəvi rahatlıq yaradıb.

Bildirilib ki, İsrail rəhbərliyinin bəzi nümayəndələri isə Qəzzaya qarşı mövqeləri səbəbindən İspaniyaya münasibətdə tənqidi mövqedə olub və final qarşılaşmasında Argentinaya dəstək veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax