Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Fənərbaxça”nın hücumçusuna təklif gəlib

2 dəq
Paylaş:
“Fənərbaxça”nın hücumçusuna təklif gəlib

Sankt-Peterburqun “Zenit” klubu “”nın mərakeşli hücumçusu Ən- üçün rəsmi təklifi ilə çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi hələlik bu təklifə cavab verməyib.

28 yaşlı forvard 2024-cü ilin iyulunda “Fənərbaxça”ya transfer olunub və klubla müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” portalına əsasən, Ən-Nesirinin hazırkı bazar dəyəri 22 milyon avro təşkil edir.

Cari Super Liqa mövsümündə mərakeşli hücumçu 15 oyunda 7 qol vuraraq komandasının əsas silahlarından birinə çevrilib. O, Mərakeş milli komandasının da aparıcı üzvlərindəndir – millidə 92 oyun keçirib və 25 qola imza atıb.

Məlumatlara görə, Ən-Nesiri ilə yalnız “Zenit” deyil, “” və “Sevilya” da yaxından maraqlanır. Bildirilir ki, “Yuventus” 2026-cı ilin yanvarında futbolçunu 20–25 milyon avro məbləğində satınalma varinatı ilə icarəyə götürməyə razı olub. “Fənərbaxça” isə hücumçu üçün tələb olunan qiyməti 25–35 milyon avro aralığında müəyyənləşdirib.

Qeyd edək ki, Yusif Ən-Nesiri daha əvvəl çıxış etdiyi “Sevilya”dan “Fənərbaxça”ya 19,5 milyon avro qarşılığında transfer olunub.

Transferlə bağlı yekun qərarın yaxın həftələrdə verilməsi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax