Operativ Məlumat Mərkəzi

Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

1 dəq
Paylaş:
Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"...

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Qeyd edilib ki, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər