Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Köçəryanın sərhəddə saxlanılması Ermənistanda yeni müzakirələrə səbəb oldu

2 dəq
Paylaş:
Köçəryanın sərhəddə saxlanılması Ermənistanda yeni müzakirələrə səbəb oldu

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ölkədən qaçmağa hazırlaşdığı barədə məlumatlar müxalifətdəki "" () bloku tərəfindən təkzib edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, siyasi qüvvənin yaydığı bəyanatda hökumətyönlü media orqanlarında səsləndirilən iddiaların əsassız olduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, Robert Köçəryan 2018-ci ildə Ermənistana qayıdarkən həbs olunacağını, cinayət təqibinə və siyasi təzyiqlərə məruz qalacağını əvvəlcədən bilsə də, buna baxmayaraq ölkəyə dönmək qərarı verib.

“İllər əvvəl həbs olunacağını dəqiq bilə-bilə Ermənistana qayıdan bir insanın bu gün “qaçmağa” ehtiyacı olması ehtimalı azdır”, - deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, iyunun 14-də Robert Köçəryanın ofisi onun şəxsi işlərlə bağlı üç günlük xarici səfərə çıxacağını açıqlamışdı. Lakin bir neçə saat sonra keçmiş prezidentin ölkədən çıxışına qadağa qoyulduğu məlum olub.

Bundan sonra Paşinyan ailəsinə məxsus “Armenian Time” nəşrinin teleqram kanalı Köçəryanın sərhəd nəzarətindən keçdiyini əks etdirən videogörüntülər yayımlayıb. Videonun qapalı sərhəd yoxlama zonasından əldə edilməsi isə ictimai müzakirələrə səbəb olub.

Ermənistan Milli Xidməti hələlik videomaterialın mediaya necə ötürüldüyü ilə bağlı suallara cavab verməyib. Eyni zamanda, Köçəryanın ölkədən çıxışına qadağa qoyulmasının səbəbləri də açıqlanmayıb. Bildirilir ki, siyasətçi barəsində yeni açılmayıb və onunla bağlı hər hansı yeni istintaq tədbiri barədə məlumat verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax