11 il əvvəl Türkiyənin "Fənərbaxça" futbol klubunun avtobusuna silahlı hücumla bağlı 5 nəfər saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlama verib.
Qeyd edək ki, 11 il əvvəl Türkiyədə "Fənərbaxça"nın avtobusuna silahlı hücum olub. Hadisə "Çaykur Rizəspor" oyunundan sonra Rizə-Trabzon yolunda baş verib. Avtobusun sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib.
Bu ilin may ayında ədliyyə naziri Akın Gürlekin tapşırığı ilə 4 aprel 2015-ci ildə "Fənərbaxça" futbol klubunun avtobusuna edilən silahlı hücumla bağlı istintaq bərpa olunub.