"Yuventus" hücumçu Kənan Yıldızı satmaq fikrində deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun 20 yaşlı futbolçu ilə yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar apardığı məlum olub.
"Qoca sinyora" futbolçunu 80-100 milyon avro dəyərində qiymətləndirir.
Eyni zamanda, mənbənin qeyd etdiyi kimi, forvard satışa çıxarılmır - A seriyasının nəhəngi onu saxlamaqda qərarlıdır.
Kənan Yıldızla Londonun "Arsenal" və "Çelsi" klubları maraq göstərirlər.
"Transfermarkt" ekspertlərinin fikrincə, perspektivli türk 45 milyon avro dəyərindədir.
Onun "Yuventus"la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına kimi hesablanıb.