İyunun 1-də saat 11:13 radələrində Nərimanov-Böyükşor mənzilində hərəkətdə olan Bakı-Sumqayıt marşrutlu qatarın qarşısına piyada çıxıb. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, maşinist tərəfindən təcilli tormozlama tətbiq edilsə də, məsafənin az olması səbəbindən toqquşma qaçılmaz olub.
Hadisə nəticəsində 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev vəfat edib.
Qurum rəsmiləri vətəndaşlara müraciət edərək dəmir yolu xətlərini yalnız müəyyən olunmuş piyada keçidləri və xüsusi yerlərdən keçməyə çağırıb:
- Dəmir yolu təhlükəsizlik qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur.
- Qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatı üçün ciddi təhlükə daşıyır.
- Sürücü və piyadaların diqqətsizliyi, eləcə də tələskənliyi faciəvi nəticələrə səbəb olur.