Operativ Məlumat Mərkəzi

Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub

1 dəq
Paylaş:
Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı “Mercedes” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozan sürücü Zaur Talıbov saxlanılıb.

Araşdırmalar zaman; sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 16 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər