Operativ Məlumat Mərkəzi

Yaxın zamanda minimum əmək haqqı ilə bağlı olmayan müavinət və təqaüd artımının qərarı veriləcək

1 dəq
Paylaş:
Yaxın zamanda minimum əmək haqqı ilə bağlı olmayan müavinət və təqaüd artımının qərarı veriləcək
bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib. O xatırladıb ki, dövlət başçısı İlham Əliyev sosial müavinət və təqaüdlərin artırılması...

Minimum əmək haqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanda qərar veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.

O xatırladıb ki, dövlət başçısı İlham Əliyev sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib.

V.Bayramov qeyd edib ki, hökumət artıq bu istiqamətdə təkliflərin hazırlanmasını həyata keçirir:

"Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti təklifləri bu ayın ikinci yarısı təqdim edəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər