Yaşadığımız dünya yaxşılığa doğru dəyişmir

Yaşadığımız dünya yaxşılığa doğru dəyişmir
02.03.2023 13:07
Aa
dəq

“Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü yarandığı vaxtda olduğu kimi, bu gün də dünyanın xüsusi yardıma ehtiyacı olduğu bir vaxtda keçirilir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu martın 2-də Bakıda keçirilən sammitdə çıxışı zamanı Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç deyib.

“Bu sammit beynəlxalq ictimaiyyətin diqqətini postpandemiya dövründə bərpa probleminə, həmçinin pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün əlavə səylərin zəruriliyinə yönəltmək imkanı verir”, - o vurğulayıb.

Onun sözlərinə görə, yaşadığımız dünya heç də yaxşılığa doğru dəyişmir: “Beləliklə, pandemiya ciddi və uzunmüddətli nəticələrə, xüsusilə yoxsul ölkələrdə iqtisadi çətinliklərin artmasına səbəb olub”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri qeyd edib ki, pandemiya dövründə vaksin və tibbi ləvazimatların tədarükü ədalətsiz şəkildə bölüşdürülmüşdü.

O, həmçinin bildirib ki, dünya ölkələri dinc yanaşı yaşamaq, ərazi bütövlüyünə qarşılıqlı hörmət və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqliklərini bir daha təsdiqləməlidir.

Həftənin ən çox oxunanları

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu