Operativ Məlumat Mərkəzi

Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır

2 dəq
Paylaş:
Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır
bunu Yeni Klinikanın Neonotologiya şöbəsinin müdiri Əkbər Quliyev deyib. Onun sözlərinə görə, 15 körpədən 8-i reanimasiya şöbəsinə yerləşdirilib, həkim...

Yanğından təxliyə olunan 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş Yeni Klinikaya yerləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Yeni Klinikanın Neonotologiya şöbəsinin müdiri Əkbər Quliyev deyib.

Onun sözlərinə görə, 15 körpədən 8-i reanimasiya şöbəsinə yerləşdirilib, həkim nəzarətindədir. Digər 7 körpənin vəziyyəti stabildir, müalicələri davam edir.

Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər