Operativ Məlumat Mərkəzi

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanılıb

1 dəq
Paylaş:
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanılıb
Xocavənd rayonunun Qırmızı Bazar ərazisində yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər saxlanılıb. Bu barədə "Operativ Məlumat...

Xocavənd rayonunun Qırmızı Bazar ərazisində yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub. Nəticədə 15 hektar ərazidə quru ot yanıb.

Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb. Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər