"Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması üçün işlər davam etdirilir"

"Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması üçün işlər davam etdirilir"
26.02.2024 11:52
Aa
dəq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlərin davam etdirildiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında uzun illər ərzində Azərbaycan dövlətinin Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlbi və tarixi ədalətin bərpası istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, sistemli tədbirlər görüldüyünü deyib:

"Bütün bu addımların nəticəsidir ki, bu il Xocalı faciəsinin ildönümünü fərqli mühitdə qeyd edirik. İlk dəfədir ki, bütün ölkə ərazisində suverenlik bərpa olunub, Xocalıda da üçrəngli bayrağımız dalğalanır. Cinayətkarların cəzasız qalması müəyyən mənada Ermənistanda həmin şəxslər arasında cəzasızlıq mühiti yaradıb. Ona görə də Azərbaycan dövləti bu istiqamətdə işləri davam etdirir və bundan sonra da mütləq şəkildə davam etdirəcək. Artıq Xocalı cinayətkarlarının bir hissəsi cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə qarşısında cavab verməyə məcbur ediliblər”.

Report

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu