Operativ Məlumat Mərkəzi

XİN vətəndaşları İrana səfərdən çəkinməyə çağırıb - YENİLƏNİB

3 dəq
Paylaş:
XİN vətəndaşları İrana səfərdən çəkinməyə çağırıb - YENİLƏNİB
qurumun bəyanatında bildirilib. Qeyd olunub ki, İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan...

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qurumun bəyanatında bildirilib.

Qeyd olunub ki, İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Bildirilib ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları önəmlidir:

"Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
[email protected]
+98 905 523 01 07

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
[email protected]
+961 4 922 066".

***

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanatda deyilir: “İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq. Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər