2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının ümumi sayı 369-a yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
Bildirilib ki, dünən və bu gün daha bir ANAMA-nın bir əməkdaşı Ermənistanın basdırdığı mina partlayışında həlak olub, bir neçəsi isə ağır yaralanıb:
"Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatını hələ də təhdid edir. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib. Bu ölümcül təhlükə ilə mübarizə üçün beynəlxalq səylərin səfərbər edilməsi insan həyatının qorunması naminə hər zamankından daha vacibdir".