Xəzər dənizində bu gün üçüncü dəfə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 10:52-də olub. 3,4 maqnitudalı zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
***
Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Xəzər dənizində Bakı vaxtı ilə saat 07.28-də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
***
Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.