Xarici işlər nazirinin müavini Filippinə səfər edib

Xarici işlər nazirinin müavini Filippinə səfər edib
05.04.2023 10:34
Aa
dəq

3-5 aprel tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippin Respublikasına səfər edib.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, səfəri çərçivəsində 3 aprel tarixində nazir müavini Elnur Məmmədovun Filippin Respublikasının xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşü baş tutub. Görüşdə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişafı perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb.

4 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Filippin Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Filippin tərəfindən isə xarici işlər nazirinin müavini xanım Tereza Lazaro rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Məsləhətləşmələr zamanı E.Məmmədov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb, regional və beynəlxalq təşkilatlar çərçivəsində QH-ASEAN, İqtisadi Əməkdaşlıq Təşkilatı-ASEAN əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.

Məsləhətləşmələrin sonunda iki ölkə arasında ilk dövlətlərarası sənəd “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Filippinin Respublikasının Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

Həmçinin, Manilaya səfəri zamanı E.Məmmədov “Manila Times” İnformasiya agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, bu əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində mövcud gələcək perspektivləri haqqında suallar cavablandırıb, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu