"Xankəndi" futbol klubu yaradıldı: Bu liqada mübarizə aparacaq

"Xankəndi" futbol klubu yaradıldı: Bu liqada mübarizə aparacaq
24.09.2024 13:18
Aa
dəq

Xankəndi cari mövsümdən Azərbaycan futbol ailəsində təmsil olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, şəhərin eyniadlı komandası yaradılıb.

Klub AFFA-nın Region Liqasında mübarizə aparacaq. Bununla bağlı "Xankəndi"nin sosial şəbəkə hesablarında məlumat verilib.

Artıq klubun loqosu da təsdiqlənib.

Qeyd edək ki, Region Liqasında qeydiyyat prosesi oktyabrın 1-dək davam edəcək. Bundan sonra iştirakçıların adları, sayı və turnirin formatı rəsmən açıqlanacaq.

460381528_122115876878478694_6153708697242314645_n.jpg

459778438_122115156044478694_6350180950177784887_n.jpg

Həftənin ən çox oxunanları