Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Venesuelada dağıntılar altından 32 saat sonra sağ çıxan qız: Ketçap və pendir sayəsində sağ qaldım

2 dəq
Paylaş:
Venesuelada dağıntılar altından 32 saat sonra sağ çıxan qız: Ketçap və pendir sayəsində sağ qaldım

Venesuelada baş verən zamanı dağılan 10 mərtəbəli binanın altında qalan 32 saatdan sonra sağ xilas edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Məlumata görə, ölkənin ən çox zərər görən La Quaira şəhərində 32 yaşlı Blanko hadisədən sonra uçqun altında anları və xilas olunma prosesini danışıb.

O bildirib ki, zəlzələ zamanı evində olub və binanın qəfil sarsıldığını hiss edib: “Hər şeyin uçduğunu, divarların dağıldığını gördüm. Artıq öləcəyimi düşündüm”.

Bildirilir ki, uçqun altında qaldığı müddətdə yaxınlıqda yaşayan bir tibb bacısının səsini eşidən Blanko ümidini itirməyib. Həmin tibb bacısı 6 saat sonra xilas edildikdən sonra xilasedicilərə onun uçqun altında qaldığını bildirib.

Məlumata əsasən, qadın altında qaldığı müddətdə şüurunu itirməmək üçün tapdığı qidalarla – ketçap və pendirlə – özünü diri saxlamağa çalışıb.

Qeyd olunur ki, xilasedicilər onun səsini eşidərək 32 saatlıq axtarış-xilasetmə əməliyyatından sonra onu sağ çıxarıblar. Blanko xilas edildikdən sonra yaşadığı anların real olduğuna inanmaqda çətinlik çəkdiyini bildirib.

Xatırladaq ki, ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin baş verdiyini təsdiqləyib.

Məlumata görə, rəsmi rəqəmlərə əsasən, zəlzələ nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb, həmçinin genişmiqyaslı dağıntılar qeydə alınıb.

Bildirilir ki, BMT-nin ilkin hesablamalarına görə, ölkədə maddi ziyanın həcmi milyardlarla dollarla ölçülür və xilasetmə işləri hələ də davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax