Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fermerlər niyə xarici toxuma üstünlük verir? - Ekspert izah etdi

4 dəq
Paylaş:
Fermerlər niyə xarici toxuma üstünlük verir? - Ekspert izah etdi

Milli Məclisin plenar iclasında “Toxumçuluq haqqında” Respublikası qanununun yeni layihəsi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı deputat Zahid Oruc toxumçuluğun ərzaq təhlükəsizliyi, milli genofondun qorunması və aqrar sahədə iqtisadi müstəqillik baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Deputat qeyd edib ki, son illərdə dünyada baş verən müharibələr, pandemiyalar, iqlim dəyişiklikləri və logistika problemləri ərzaq təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu bir daha göstərib. O, sortların qorunmasının və milli seleksiya məktəbinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli qeyd etdi ki, Azərbaycan toxum bazarında əsas problem təkcə keyfiyyət və ya qiymətlə bağlı deyil, əsas məsələlərdən biri xaricdən yüksək asılılığın formalaşmasıdır.

Onun sözlərinə görə, yerli toxumçuluq sistemi uzun illər kifayət qədər inkişaf etmədiyi üçün fermerlər daha çox xarici şirkətlərin təqdim etdiyi toxumlara verirlər. Bu isə bazarı həm qiymət dəyişikliklərinə, həm də idxal risklərinə qarşı həssas vəziyyətə gətirir.

Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

Akif Nəsirli bildirib ki, fermerlərin xarici və hibrid toxumlara yönəlməsinin əsas səbəbləri daha yüksək məhsuldarlıq, eyni ölçülü məhsul əldə etmək imkanı və bazar tələblərinə uyğunluqdur.

əlavə edib ki, xarici toxumların satış və aqronom dəstəyi daha güclü təşkil olunduğu halda, yerli toxumlar bəzi hallarda məhsuldarlıq, sertifikatlaşdırma və etibarlılıq baxımından fermerlərdə kifayət qədər inam yaratmır.

İqtisadçı vurğulayıb ki, toxum idxalından yüksək asılılıq ərzaq təhlükəsizliyi baxımından ciddi risk yarada bilər. Onun fikrincə, qlobal böhranlar, müharibələr, logistika problemləri və ya ixrac məhdudiyyətləri zamanı toxum təminatında çətinliklər yarana bilər ki, bu da istehsalın azalmasına, məhsulun maya dəyərinin artmasına və nəticədə ərzaq qiymətlərinə təsir göstərə bilər.

Ekspert yerli sortların qorunmasının yalnız bioloji müxtəliflik məsələsi olmadığını, eyni zamanda iqtisadi potensialın saxlanılması baxımından vacib olduğunu qeyd edib.

O bildirib ki, yerli sortlar iqlim və torpaq şəraitinə daha yaxşı uyğunlaşır, bəzi hallarda daha az xərc tələb edir və gələcək seleksiya işləri üçün qiymətli genetik resurs hesab olunur.

Akif Nəsirlinin sözlərinə görə, toxumçuluq sahəsində əsas problemlərdən biri yerli seleksiya və toxum istehsalına kifayət qədər davamlı investisiya qoyulmaması, elmi-tədqiqat müəssisələri ilə fermerlər arasında əlaqələrin zəif olması və sertifikatlı yerli toxum istehsalının genişləndirilməsində gecikmələrdir.

Ekspert hesab edir ki, nəticədə daxili bazarın toxuma olan tələbatı əsasən idxal hesabına ödənilib və bu asılılıq zamanla daha da dərinləşib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax