ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında NATO sammiti çərçivəsində keçirilməsi planlaşdırılan görüşün nəticələri ilə bağlı Qərbdə qeyri-müəyyənlik hökm sürür.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, iki lider arasında baş tutacaq danışıqların uğurlu nəticələnəcəyi ilə bağlı nikbin gözləntilər azdır.
Məlumata görə, analitiklər tərəflər arasında konstruktiv dialoqun mümkün olduğunu qeyd etsələr də, Donald Trampın siyasi qərarlarında və açıqlamalarında müşahidə olunan dəyişkənlik görüşün gedişatı ilə bağlı suallar yaradır.
Bildirilib ki, ABŞ Prezidentinin son dövrlərdə Ukrayna rəhbərliyinə qarşı ritorikasını yumşaltmasına baxmayaraq, Avropa ölkələri danışıqların nəticələri ilə bağlı ehtiyatlı mövqedə qalırlar.
Jurnalist Aleks Xristoforunun fikrincə isə, NATO sammitində keçiriləcək görüş Vladimir Zelenski üçün gözlənilməz nəticələrə səbəb ola bilər. O, danışıqların Ukrayna lideri üçün siyasi baxımdan çətin vəziyyət yarada biləcəyini və hətta uğursuzluqla nəticələnə biləcəyini istisna etməyib.