Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yanan anbar “Kontakt Home”a məxsusdur - Rəsmi

1 dəq
Paylaş:
Yanan anbar “Kontakt Home”a məxsusdur - Rəsmi

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı “ ”un hesabında məlumat verilib.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, - paylaşımda deyilir.

Xatırladaq ki, bu gün Qaradağın Lökbatan qəsəbəsində anbarda güclü yanğın baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax