Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra bölgəyə göndərilən türk xilasedici qrupların fəaliyyətini davam etdirdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin rəsmi məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyədən göndərilən heyət çətin relyef və hava şəraitinə baxmayaraq, axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz şəkildə davam etdirir və zərərçəkmişlərə yardım göstərir.
Məlumata görə, əməliyyatlarda “AFAD” əməkdaşları ilə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin (TSK) Humanitar Yardım Briqadasına tabe xüsusi axtarış-xilasetmə qrupları və təlim keçmiş itlər də iştirak edir.
Bildirilib ki, qruplar dağıntılar altında qalan insanların tapılması və onlara yardım göstərilməsi üçün gecə-gündüz fəaliyyət göstərirlər.
Qeyd edilib ki, TSK-nın peşəkar heyəti ağır şəraitə baxmayaraq, zərərçəkmiş əhaliyə yardımın çatdırılması və xilasetmə işlərinin effektiv aparılması üçün missiyasını davam etdirir.