ABŞ hərbi təyyarəsi Türkiyə hava məkanında təhlükə siqnalı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti Flightradar24 portalına istinadən məlumat yayıb.
Bildirilib ki, RCH525 çağırış işarəsi olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskva vaxtı ilə səhər saat 7:51 radələrində 7700 siqnalı ötürüb.
Qeyd olunub ki, bu siqnal aviasiyada “ümumi fövqəladə vəziyyət” mənasını verir və təyyarədə ciddi problem yarandığını göstərir.
Məlumata görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərindən havaya qalxıb və ekipaj vəziyyətlə əlaqədar olaraq onu Türkiyədə yerləşən İncirlik hava bazasına endirmək məcburiyyətində qalıb.